Şəlalə Şahvələd qızı Quliyeva 

Aparıcı səhnə ustası

Quliyeva Şəlalə Şahvələd qızı Mingəçevir şəhərində anadan olmuşdur.1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyoru fakültəsinə daxil olmuşdur.Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətovdan, nasir-dramaturq Elçinin “Ah,Paris…Paris!..” satirik komediyasının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır.1996-cı ildə Akademik Teatrın aktrisasıdır.Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub.Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa edib.

2011-ci ildə V Beynəlxalq Yay Teatr məktəbində aktyor sənəti üzrə ixtisas artırma kurslarını bitirib. (K. Modzelevskiy “Tac qoyma mərasimi” – Beata).

Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularından olub.
Teatr səhnəsindəki rollar aşağıdakılardır:

Elçin “Ah, Paris… Paris” də Gülbəniz,B.Vahabzadə “Özümüzü kəsən qılınc” da Mələk,Elçin “Mənim sevimli dəlim” də Şəfqət bacısı,V.Rozov “Şadlıq sorağında” da Fira,Elçin “Mənim ərim dəlidir” də Qız,N.Xəzri “Burla Xatun” da Banuçiçək,Ç.Aytmatov un“Sokratın anma gecəsi” də Qız,H.Həsənov “Brüsseldən məktublar” da  Pianoçu,X.Qocanın “Hərənin öz payı”da Partiyaçı və  Jurnalist,J.Rasinin “Fedra” da  İsmena,B.Vahabzadənin “Rəqabət”də  Səbinə,A.Kamyunun “Anlaşılmazlıq” da Mariya,İ.Şıxlının “Ölüləri qəbristanlıqda basdırın”da Qəndab,A.Şaiqin “Eloğlu”da Telli,Xanim “Tülkü-tülkü-tünbəki”də İlan,Elçinin “Teleskop”da Xanım,M.F.Axundovun “Sərqüzəşti-vəziri-xani Lənkaran”da Şölə,Sagarellinin “Xanuma”da Tekle,V.Hügonun “Qadının məhəbbəti”də Qız,Elçinin “Şekspir” də Ər-arvad,M.Frişin “Don Juan”da Selestina, C.Məmmədquluzadənin “Anamın kitabı”da Gülbahar,R.Kuninin “Zorən şorqöz” də Pomella,B.Nuşiçin “Nazirin xanımı” da Dara,Yev.Şvartsin “Kölgə”də Yuliya və Juli,E.E.Şmittin” Müsyö İbrahim və Quran çiçəyi”də Bricit Bardo,N.Qoqolun “Müfəttiş” Anna Andreyevna,Y. Polyakovun “Sinif yoldaşları” da Anna Falikova və s.

Şəlalə Şahvələdqızı kino ekranlarda da maraqlı obrazlar oynamışdır.

”Dəvətnamə” (film, 2003),“Yanmış körpülər “(film, 2003),“Akademik Yusif Məmmədəliyev” (film, 2005),“Bir dəfə Qafqazda” (film, 2007),“Kuklalar” (film, 2010),“Qayınana”(film, 2011) “Şəbəkə” (film, 2011),“Qardaşdan yaxşısı yox idi” “Üç qız”(film, 2005) Sənə inanıram”Səni ürəyim sevdi” (serial) Lalə,“Mozalan “(N197) İstəməsən, götürməzsən,“Vicdan haqqı”(teleserial,2016)-Zina və s.

Şəlalə  Quliyeva 2012-ci il də Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.